Modern.az

Əvvəl traktora, sonra “Mercedes”ə çırpıldı

Əvvəl traktora, sonra “Mercedes”ə çırpıldı

Aktual

1 Avqust 2022, 12:16

İyulun 30-da saat 1 radələrində Yevlax rayonunun Xaldan kəndi ərazisində rayon sakini Tahir Allahverdiyev idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Z.Nəsibovun idarə etdiyi “T-28” markalı traktora vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, bundan sonra “Hyundai” Zaqatala rayon sakini Ə.Ömərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə Tahir Allahverdiyev hadisə yerində ölüb, traktorun sürücüsü isə xəstəxanaya yerləşdirilib.

 

Rəsmi məlumata görə, DİN-nin Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı