İki gündə 5 piyada ölümü qeydə alınıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
İyulun 30-da saat 5 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini T.Əhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Köhnə Xaçmaz kənd sakini Rufəddin Məmmədovu vuraraq hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
***
İyulun 30-da saat 23 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini C.İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Cəlil Cənnətovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilə piyada orada ölüb.
***
İyulun 29-da saat 21 radələrində Xətai rayonunun Zığ yolunda Bakı şəhər sakini Y.Quliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Telman Dünyamalıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada iyulun 30-da orada ölüb.
***
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İyulun 30-da saat 21 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Qax rayon sakini O.İmamov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Umbakı qəsəbə sakini Kərim Alcanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
***
İyulun 31-də saat 12 radələrində Zaqatala rayonunun Dağlı kəndi ərazisində rayon sakini B.Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən kənd sakini Osman Məhərrəmovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hazırda qeyd olunan faktlarla bağlı araşdırma aparılır.