Modern.az

Vuçiçdən Kosovo açıqlaması: Tezliklə...

Vuçiçdən Kosovo açıqlaması: Tezliklə...

Aktual

1 Avqust 2022, 13:24

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo ilə yaşanan gərginliyin tezliklə həll olunacağına ümid edir.

 

Modern.az xəbər verir ki, Vuçiç paytaxt Belqradda Serbiyanın Baş qərargah rəisi Milan Moysiloviç, eləcə də NATO-nun Kosovodakı Qüvvələrinin komandanı ilə görüşüb.

 

Prezident qarşıdakı dövrdə Kosovo ilə həll yolu tapılacağına inandığını söyləyib.

 

Qeyd edək ki, Kosovo hökuməti avqustun 1-dən serblər də daxil olmaqla, hamı üçün Kosovoya məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi barədə qaydaların sentyabrın 1-nə qədər təxirə salındığını açıqlayıb.

 

Kosovo serbləri həmin qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlayıblar, yollarda barrikadalar qurulub.

 

Mövcud vəziyyət iki ölkə arasında gərginliyə səbəb olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!