Modern.az

“Qarabağ”–“Ferentsvaroş” oyununa ucuz bilet qalmayıb

“Qarabağ”–“Ferentsvaroş” oyununa ucuz bilet qalmayıb

Aktual

1 Avqust 2022, 13:12

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək ilk oyun üçün ucuz biletlərin hamısı satılıb.

 

Modern.az-ın məlumatına görə, iyulun 31-də elan edilmiş bilet satışından sonra 5 manat, 10 manat və 20 manat dəyərində olan biletlərin hamısı alınıb.

 

Yalnız 50 və 75 manat dəyərində olan biletlər satışda qalıb.

 

Qeyd edək ki, "Qarabağ" – "Ferentsvaroş" oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı