Modern.az

Milli Parkda qanunsuz ov edən şəxs cəzalandırıldı

Milli Parkda qanunsuz ov edən şəxs cəzalandırıldı

Aktual

1 Avqust 2022, 13:44

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

 

O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib, ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barəsində qanunamüvafiq tədbir görülüb:

 

“Milli parkın Kiçik Körfəz adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı isə su hövzəsindən 1950 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı