Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Şükürbəyli kəndinə gedib.
Modern.az xəbər veir ki, bunu səfir "Twitter" səhifəsində yazıb.
“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Azərbaycan-Böyük Britaniya əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik. Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq milyon funt-sterlinqdən çoxdur”, - C.Şarp qeyd edib.