Modern.az

Biləsuvarda əməliyyat - 7 nəfər saxlanıldı

Biləsuvarda əməliyyat - 7 nəfər saxlanıldı

Aktual

1 Avqust 2022, 14:54

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir neçə gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, onlardan ümumilikdə 4 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb. Belə ki, rayon ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Kənan Ağayev saxlanılıb.

 

Keçirilən baxış zamanı ondan 3 kiloqram 800 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

 

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha altı nəfər saxlanılıb. Onlardan ümumilikdə 250 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 3-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı