Modern.az

İranda virusdan ölənlərin sayı 142 mini ÖTDÜ

İranda virusdan ölənlərin sayı 142 mini ÖTDÜ

Aktual

1 Avqust 2022, 14:36

İranda ötən sutka ərzində 9699 nəfər koronavirusa yoluxub, 62 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bəyan edib.

 

Bununla da İranda virusdan ölənlərin sayı 142 060 nəfəri, yoluxanların sayı isə 7,4 milyonu keçib. Virus daşıyıcılarından 1271 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək təxminən 7,08 milyon nəfər koronavirusdan sağalıb, 53,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,2 milyon təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı