Neft İxrac Edən Ölkələrin Təşkilatının (OPEK) yeni baş katibi Haysam əl-Qays avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə OPEK-in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Haysam əl-Qays OPEK-in 2022-ci il yanvarın 3-də keçirilmiş xüsusi iclasında üç il müddətinə baş katib vəzifəsinə təyin olunub. Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan və iyulun 5-i vəfat etmiş Məhəmməd Barkindonunu əvəz edib.