Cari ilin yanvar-iyul aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 20 faiz artıb.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Belə ki, əhalinin gəlirləri artaraq 38 milyard 797,2 milyon manata çatıb. Məlumata görə, əhalinin hər nəfərinə orta hesabla 3859 manatlıq gəlir düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.