Modern.az

"Qarabağ"ın oyunu təxirə salındı

Aktual

12 Avqust 2022, 18:28

"Qarabağ" futbol komandasının səfərdə "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirməli olduğu oyun təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

 

Qərar "köhlən atlar"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul edilib.

 

Tovuz klubunu "Qarabağ" komandasının oyunun ləğvi ilə bağlı müraciətinə müsbət cavab verib.

 

Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı