Modern.az

Milli Qəhrəman Valeh Müslümovun doğum günüdür

Milli Qəhrəman Valeh Müslümovun doğum günüdür

Aktual

2 Sentyabr 2022, 11:26

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun doğum günüdür.

 

Modern.az xəbər verir ki, Müslümov Valeh Əlizahid oğlu 2 sentyabr 1968 -ci ildə Lerik rayonunda doğulub. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə gedib, 1983-cü ildə səkkizinci sinifi bitirib. Elə həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib. 1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışıb. 1986-cı ildə hərbi xidmətə çağırılır. 1988-ci ildə hərbi qulluqdan tərxis olunur və Sumqayıta qayıdır. Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayından DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edib, mərdliklə vuruşub. Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına riskə gedib. 1992-ci il... Aprel ayının 10-ü Marquşevan kəndində gedən döyüş... Erməni yaraqlıları xeyli texnika və canlı qüvvə ilə Marquşevana hücuma keçir. Valeh öz dəstəsi ilə ilk olaraq döyüşə girir. O, həm düşmənlə vuruşur, həm də yaralı dostlarını döyüş meydanından uzaqlaşdırırdı. Bu qeyri-bərabər döyüşdə Valeh yaralandı. Buna baxmayaraq 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas edib. Əfsus ki, öz həyatını xilas edə bilməyib.

Valeh Müslümov subay olub.

 

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Şəhid V.Müslümov Lerik rayonunda dəfn edilib.

 

Lerik rayonundakı 2 saylı tam orta məktəb Şəhid Milli Qəhrəman Valeh Müslümovun adını daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı