Modern.az

Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü

Aktual

2 Sentyabr 2022, 12:20

Sentyabrın 1-də saat 18 radələrində Qaradağ rayonunun Korgöz qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Rəhimli idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini Könül Sadıxovanı vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

 

Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər