Modern.az

Hulusi Akar “F-16” ilə uçuş etdi - VİDEO

Hulusi Akar “F-16” ilə uçuş etdi - VİDEO

Aktual

2 Sentyabr 2022, 13:20

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizinin şimalında “F-16” ilə özəl uçuş edib.

 

Modern.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

 

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Egeylə bağlı vəziyyət yenə gərginləşib. Hulusi Akar sentyabrın 2-də “Uçuş təhsili ilinin açılış mərasimi"ndəki çıxışında Yunanıstanın davranışını tənqid edib: ”Yunanıstanın özündənrazı, utanmaz davranışına hər zaman, hər yerdə cavab vermişik və bundan sonra da verəcəyik”.

 

Türkiyə təyyarələrinin S-300 hava hücumundan müdafiə sistemi ilə sıxışdırıldığına toxunan nazir NATO və üçüncü ölkələrin obyektiv olmasını gözlədiklərini bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər