Modern.az

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gəlir

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gəlir

Aktual

2 Sentyabr 2022, 13:36

Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Spiros Kapralos Bakıya gələcək.

 

Modern.az bildirir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

 

Onun sözlərinə görə, yunanıstanlı funksioner MOK-un 30 illik yubiley tədbirində iştirak edəcək. Ç.Hüseynzadə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxdan fərqli olaraq, EOC prezidentinin Azərbaycana səfərinin real olduğunu vurğulayıb: "Bax barədə bir söz deyə bilmərəm. Onun gəlişi çox qəlizdir. Amma Kapralosla söhbətlərim olub. O, yubiley tədbirində mütləq iştirak edəcək".

 

Qeyd edək ki, MOK-un yubiley tədbiri noyabrın 10 - 12-də olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı