Modern.az

Rəis sərəncama götürüldü - Beş nəfər işdən qovuldu

Rəis sərəncama götürüldü - Beş nəfər işdən qovuldu

Aktual

2 Sentyabr 2022, 14:42

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Elnur Quliyev işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

 

Modern.az Oxu.az-a istinadən məlumat verir ki, o, sərəncama götürülüb.

 

Hazırda Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur. Eyni zamanda, DYP-nin bir əməkdaşı işdən çıxarılıb, beş nəfər isə daxili işlər orqanlarından xaric edilib.

 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkədə Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul müzakirə etdiyi barədə görüntülər yayılmışdı. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər