Modern.az

UNEC-də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq

UNEC-də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq

Aktual

2 Sentyabr 2022, 14:50

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunan abituriyentlər sentyabrın 2-dən 12-dək onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün UNEC-in rəsmi saytında (//unec.edu.az/) “Tələbə kabineti” qeydiyyat bölməsinə (kabinet.unec.edu.az) daxil olaraq sənədlərini elektron formada sistemə yükləməlidirlər.

 

UNEC-dən Modern.az-a bildirilib ki, abituriyentlər, eyni zamanda, portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün yaradılmış kabinetə daxil olub, təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Qeyd olunmuş müddətdə hər iki portaldan qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı