Modern.az

"Əri həbsdən dünən çıxıb" - Eyni ünvanda 2 dəhşətli ölüm

Aktual

2 Sentyabr 2022, 15:04

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Qobu Park Yaşayış Kompleksində bu gün eyni saatlarda ölümlə nəticələnən iki hadisə baş verib.

 

Modern.az xəbər verir ki, orada yaşayan 1976-cı il təvəllüdlü Dildar Orucova özünü 5-ci mərtəbədən ataraq öldürüb. 

 

Oxu.az-ın məlumatına görə, “Qobu Park-1” yaşayış kompleksinin beşinci mərtəbəsindən özünü ataraq ölən Dildar Orucovanın qeyri-rəsmi münasibətdə olduğu şəxs dünən həbsxanadan çıxıb.

 

“Bina 7-də yaşayırdılar. Əri ilə rəsmi nikahı yox idi. Oğlan narkomandır və buranın sakini deyil. Biz qadının intihar etdiyini düşünmürük. Çünki qadının üzərində paltar yox idi, bir insan çılpaq intihar eləməz. Düşünürük ki, əri ilə münaqişə yaşayıb”, - deyə mənbə bildirib.

 

Gecə saat 2-3 radələrində “Qobu Park-2” yaşayış kompleksində beş yaşlı uşaq onuncu mərtəbədən yıxılaraq ölüb. Azyaşlının valideynləri boşanıblar, uşaq anası ilə tək yaşayırmış. Onların kirayədə yaşadıqları bildirilir. Ana hadisə yerinə gələn polislərə marketə getdiyini, qayıdanda isə uşağı evdə görmədiyini deyib. Bir qədər sonra isə uşağın atası da hadisə yerinə gəlib.

 

Qaradağ Rayon Prokurorluğundan bildirilib ki, 5 yaşlı uşaq ehtiyatsızlıq səbəbindən binadan yıxılaraq ölüb. Həmçinin həmin yaşayış kompleksində yaşayan 46 yaşlı qadının 5-ci mərtəbədən yerə çırpılaraq ölməsi barədə də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı