Modern.az

Binəqədidə payız-qış mövsümünə hazırlıq müzakirə olundu

Binəqədidə payız-qış mövsümünə hazırlıq müzakirə olundu

Aktual

2 Sentyabr 2022, 15:20

Sentyabrın 1-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət müəssisə, idarə və təşkilatlar tərəfindən 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar “Rayon təsərrüfatının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi” ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə rayon Qərargahının iclası keçirilib.

 

Modern.az xəbər verir ki, rayon icra hakimiyyəti başçısının birinci müavini, Qərargahın sədri Leysan Məmmədovun sədrliyi ilə keçirilən iclasda RİH başçısının müavinləri, Aparatının müvafiq şöbə müdirləri, sahə və qəsəbə inzibati dairələri üzrə nümayəndələri, rayon kommunal xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.

 

İclasda rayon təsərrüfatının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığının vəziyyəti, bu sahədə göürülmüş və görülməsi nəzərdə tutulan vacib işlərlə bağlı müzakirələr aparılıb, eyni zamanda fəaliyyət istiqamətləri müəyyən edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı