Modern.az

ADU-da qəbul üzrə plan yeri 98,10 faiz dolub

ADU-da qəbul üzrə plan yeri 98,10 faiz dolub

Aktual

2 Sentyabr 2022, 15:32

2022-2023-cü tədris ili üçün Azərbaycan Dillər Universitetinə (ADU) tələbə qəbulu üzrə ayrılmış 1785 plan yeri 98,10 faiz dolub.

 

Bu barədə Modern.az-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Qeyd olunub ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 2 sentyabr tarixindən 12 sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyentlər qeyd olunan sənədlərin elektron versiyasını //portal.edu.az üzərindən sistemə yükləməlidir.

 

//portal.edu.az  – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər