Modern.az

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş etdi

UEFA

Aktual

2 Sentyabr 2022, 16:00

UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar “Qarabağ” klubunun hesabına növbəti ödəniş edilib.

 

Modern.az-ın məlumatına görə, Avropa futbol qurumunun ayırdığı müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

 

Məbləğin 5 milyon avrosu UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün), 3,4 milyon avrosu Avropa Liqasında iştirak üçün ilkin ödəniş, 2,244 milyon avrosu isə Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən) nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı