Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Sərəncamı ilə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik, “Egemen Qazaqstan” qəzetinin İdarə heyətinin sədri Darxan Kıdıralı Qazaxstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri təyin edilib.
Modern.az xəbər verir ki, Qazaxstan Respublikasının İnformasiya və İctimai İnkişaf naziri Askar Umarov isə Prezident yanında “Mərkəzi Kommunikasiya Xidməti” respublika dövlət idarəsinin direktoru təyin olunub.