Modern.az

Xocavənd qəsəbəsində növbəti səyyar qəbul keçirildi

Xocavənd qəsəbəsində növbəti səyyar qəbul keçirildi

Aktual

2 Sentyabr 2022, 17:02

Sentyabrın 1-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış 500 ailəlik Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində sakinlərlə növbəti səyyar qəbul keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.  Ermənilərin gedərkən evlərini, meşələri yandırmaları onların buralara bir daha qayıtmaq ümidinin olmamasını, xislətini, barbarlığını göstərir. Halbuki o vaxt azərbaycanlılar doğma yurdlarından didərgin salınanda nə vaxtsa oraya yenidən qayıdacaqlarını bildikləri üçün heç bir yanğın və ya dağıntı törətməmişdilər. Çünki bölgənin əsl sahibləri azərbaycanlılardır və bu əhali bilirdi ki, tez-gec doğma yurda qayıdacaqlar.

 

Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının qələbəsidir. Dövlət başçısının dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirib.

 

Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işlərindən bəhs edərək bildirdi ki, Qarabağda həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaq.

 

Daha sonra səyyar qəbulda iştirak edən qəsəbə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər.  Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

 

Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı