Modern.az

Qurban Qurbanov məşhur klubun təklifindən imtina etdi

Qurban Qurbanov məşhur klubun təklifindən imtina etdi

Aktual

2 Sentyabr 2022, 17:06

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubdan aldığı təklifdən imtina edib.

 

Modern.az-ın məlumatına görə, bunu rusiyalı jurnalist İvan Karpov açıqlayıb.

 

50 yaşlı mütəxəssisin xidmətində “Ximki” maraqlı olub. Klub rəhbərliyi Nikolay Pisarevin istefasından sonra məhz Qurbanovla danışıqlar aparıb.

 

Lakin mütəxəssis bu təklifi qəbul etməyib. Qurbanov fəaliyyətini “Qarabağ”da davam etdirməyə üstünlük verib.

 

Nəticədə vaxtilə “Alaniya”ya rəhbərlik edən Spartak Qoqniyev “Ximki”nin baş məşqçisi postuna gətirilib.

 

Bu, Qurbanovun xarici təklifdən ilk imtinası deyil. Bir müddət əvvəl Türkiyə “Hatayspor”u da mütəxəssisi sükanı arxasında görmək istəsə də, baş məşqçi təklifi qəbul etməmişdi.

 

Qeyd edək ki, Premyer Liqanın 7 turundan sonra 7 xala malik “Ximki” 11-ci sırada qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı