Modern.az

Consonun yerinə keçmək istəyən nazir nüfuzunu itirdi

Consonun yerinə keçmək istəyən nazir nüfuzunu itirdi

Aktual

4 Sentyabr 2022, 11:18

Böyük Britaniyanın xarici işlər naziri, baş nazir postuna namizəd Liz Trass Mühafizəkarlar Partiyasının tərəfdarlarının etimadını kəskin şəkildə itirib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

 

Bildirilib ki, xanım siyasətçinin reytinqi aşağı düşüb. 

 

Qeyd edək ki, sentyabrın 2-də Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının sədri postuna seçkilər başa çatıb. Seçkilərin nəticələri sentyabrın 5-də açıqlanacaq. Yeni sədr həm də ölkənin Baş naziri olacaq. 

 

Seçkilərdə ölkənin xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı