Türkiyə Somalinin Hiran bölgəsində törədilən terror aktını qətiyyətlə qınayır.
Modern.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Somalidə baş verən terror aktı ilə bağlı yazılı məlumat yayıb. Bildirilib ki, Ankara terror aktını qınayır:
"Həyatını itirənlərin yaxınlarına, Somali hökumətinə və xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
Xatırladaq ki, sentyabrın 2-də Somalinin Hiran bölgəsində Əl-Şəbab qruplaşmasının törətdiyi terror aktı nəticəsində 20 nəfər həlak olub.