Modern.az

Cəlilabadda yol qəzası: xəsarət alanlar var 

Cəlilabadda yol qəzası: xəsarət alanlar var 

Aktual

4 Sentyabr 2022, 13:18

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Göytəpə şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, 1997-ci il təvəllüdlü İsmayıl Əsgərov və digər bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!