Modern.az

İdmançımız ilk qızıl medalını qazandı

İdmançımız ilk qızıl medalını qazandı

Aktual

4 Sentyabr 2022, 16:30

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

 

Modern.az-ın xəbərinə görə, 60 kiloqram çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır.

 

Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!