Modern.az

Qonşu ölkənin meşələri yanır

Qonşu ölkənin meşələri yanır

Aktual

4 Sentyabr 2022, 18:12

Gürcüstanda bir neçə yerdə eyni anda meşə yanğınları başlayıb.

 

Modern.az xəbər verir ki, qonşu ölkənin Tetricğaro, Kvareli, Mestia və Çoxatauri bələdiyyələrinin ərazisindəki meşə sahələrində yanğın baş verib.

 

Fövqəladə Hallar İdarəsi hadisə yerinə yanğınsöndürmə qruplarının səfərbər olduğunu bildirib.

 

Bundan əlavə, Çoxatauri bələdiyyəsinin Zemo Xeti ərazisində, Mestia bələdiyyəsinin Latali, Kvareli bələdiyyəsinin Şilda, Tetricğaronun isə Asureti kəndində yanğın ocaqlarının söndürüldüyü deyilir.

 

Fövqəladə Hallar İdarəsi digər ərazilərdə yanğının lokallaşdırılması işlərinin davam etdirildiyini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı