Modern.az

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Aktual

4 Sentyabr 2022, 18:18

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Yeromenko küçəsi 56 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib.

 

Tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

 

FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı