Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün yekun matçında "Zirə" klubu "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Zirə" xallarını 7-yə çatdıraraq, turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.