Modern.az

Ərdoğan ABŞ-ı HƏDƏLƏDİ: “F-16 ala bilməsək...”

Ərdoğan ABŞ-ı HƏDƏLƏDİ: “F-16 ala bilməsək...”

Aktual

20 Sentyabr 2022, 10:11

"Türkiyə ABŞ-dan F-16 qırıcıları ala bilməsə, bununla bağlı özü işi həll edəcək".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

 

"Cənab Bayden mənə bu məsələni həll edəcəyini vəd edib. Bilirəm ki, Bayden buna müsbət baxır. Hətta respublikaçılarla görüşlərimiz oldu və onlar da buna müsbət baxacaqlarını dedilər. İndi əgər biz F-16 məsələsində ABŞ-dan istədiyimiz nəticəni almasaq, bununla özümüz məşğul olacağıq”, - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb.

 

Qeyd  edək ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı rəsmi bildiriş göndərmişdi.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır