Modern.az

3 piyadanı maşın vurub öldürdü

3 piyadanı maşın vurub öldürdü

Aktual

20 Sentyabr 2022, 10:48

Son 2 gündə 3 piyada yolu keçmək istəyərkən avtomobillər tərəfindən vurulub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məluata görə, hadisələrdən biri sentyabrın sentyabrın 18-də saat 5 radələrində Şərur rayonunun Aşağı Daşarx kəndi ərazisində qeydə alınıb. Belə ki, Ordubad rayon sakini İ.Ələkbərov idarə etdiyi “Foton” markalı avtomobillə yolu keçən kənd sakini Sahil Qəhrəmanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.
 


Analoji hal sentyabrın 19-da saat 20 radələrində Biləsuvar şəhəri ərazisində baş verib. Cəlilabad rayon sakini M.Quliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Əli Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb. 
       

19-da saat 22 radələrində Nizami rayonu Q.Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Haval” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Hər üç faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı