Modern.az

Evlərdən və restorandan oğurluq edildi

Evlərdən və restorandan oğurluq edildi

Aktual

20 Sentyabr 2022, 11:56

Buzovna qəsəbəsində evlərdən naqil və boru, restorandan qapı və pəncərə oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirməmməd Salayev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!