Ukraynanın işğal olunmuş 4 vilayətində Rusiyaya birləşmək üçün referendum keçiriləcək.
Modern.az xəbər verir ki, Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində referendumun keçirilməsi nəzərdə tutulub.
***
Xerson vilayətinin İctimai Şurası təcili olaraq Rusiyaya birləşməklə bağlı referendumun keçirilməsi təşəbbüsü ilə regionun rəhbəri Vladimir Saldoya müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Şura hesab edir ki, Rusiya Federasiyasına qoşulmaq Xerson vilayətinin ərazisini təmin edəcək və “tarixi ədaləti bərpa edəcək”.
Onlar, həmçinin regionun Rusiyaya qoşulması ilə bağlı referendumun keçirilməsi zərurətinin digər məsələlərlə yanaşı, Ukrayna və NATO-ya üzv ölkələrin “terror aktları” ilə bağlı oduğunu qeyd ediblər.
Xerson vilayətinin ictimai şurasının sədri Volodimir Ovçarenko referendumun ən qısa zamanda keçiriləcəyini qeyd edib.