Modern.az

Serbiyanın Azərbaycandakı səfiri Gəncə Dövlət Universitetində olub

Serbiyanın Azərbaycandakı səfiri Gəncə Dövlət Universitetində olub

Aktual

20 Sentyabr 2022, 13:08

Sentyabrın 20-də Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic Gəncəyə səfəri çərçivəsində Gəncə Dövlət Universitetində olub.

 

Modern.az xəbər verir ki, öncə təhsil ocağının foyesində Vətən müharibəsində şəhid olan universitet məzunlarının xatirəsinə ehtiram göstərən səfir universitetin rektoru ilə birlikdə guşəyə tər qərənfillər düzüb. Sonra universitetin rektoru, Yusif Yusibov Serbiya diplomatını qəbul edərək, səmimi söhbət edib. Söhbət zamanı rektor Gəncə Dövlət Universiteti haqqında, onun maddi-texniki bazası, müəllim və tələbə kontingeti haqqında ətraflı məlumat verib.

 

Sonra Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljevic iki dost ölkə arasında mövcud olan əmkdaşlıq əlaqələrindən danışıb, bu əməkdaşlığa təhsil siteminin də əlavə olunmasının vacibliyini vurğulamışdır. Xüsusilə təmsil etdiyi ölkədə qədim tarixə malik Novıy Sad Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olacağına ümid etdiyini diqqətə çatdırıb. 

 

Axırda Serbiyalı qonağa xatirə hədiyyələri təqdim olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı