Modern.az

Namiq Qaraçuxurlu Qarabağda konsert verənləri TƏNQİD ETDİ

Namiq Qaraçuxurlu Qarabağda konsert verənləri TƏNQİD ETDİ

Aktual

20 Sentyabr 2022, 13:52

Meyxanaçı Namiq Qaraçuxurlu işğaldan azad olunan torpaqlarda konsert verib, foto çəkdirənləri tənqid edib.

 

Modern.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında yazıb.

 

Onun sözlərinə görə, həmin torpaqlarda şadlıq etmək hələ tezdir:

 

"Son baş verənlər bir daha göstərdi ki, əgər siyasi baxımdan vacib deyilsə, o torpaqlarda şou göstərmək, selfi etmək və sair hələ tezdir. Bəzi tədbirlər beynəlxalq aləm üçün vacibdir, məcburuq. Bəzilərinə isə lüzum yoxdur. Əksinə, həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil. Şəhid ailələrinə, onlar qədər yananlara səbr, yaralılarımıza şəfa diləyirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı