Sentyabr ayının 21-də saat 15:00-da "Facebook" və "Instagram" (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti canlı yayımı planlaşdırılır.
Bu barədə "Azəriqaz" İB-dən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət edə bilərlər.