Modern.az

Pandemiya ilə bağlı parlamentdə dinləmələr keçiriləcək

Pandemiya ilə bağlı parlamentdə dinləmələr keçiriləcək

Aktual

20 Sentyabr 2022, 15:04

Azərbaycanda COVID 19 pandemiyası ilə bağlı Milli Məclis tərəfindən dinləmələr keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

 

O bildirib ki, COVID artıq sönməyə başlayıb, ancaq yenə də diqqətli olmaq lazımdır:

 

“Biz arxayınlaşmamalıyıq, ehtiyatı əldən verməməliyik. Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirməyə ehtiyac var. COVID-19 ilə bağlı ölkədə olan vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi faydalı ola bilər”.

 

Qeyd edək ki, dinləmələrin keçirilməsi komitənin iş planına daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı