Modern.az

KTMT-nin Baş katibi Ermənistana gəlir

KTMT-nin Baş katibi Ermənistana gəlir

Aktual

20 Sentyabr 2022, 16:38

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas sentyabrın 20-də Ermənistana gələcək. 

 

Modern.az xəbər verir ki, KTMT baş katibinin səfərinin hazırlanması ilə bağlı müvafiq sərəncamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

 

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qiymətləndirmək və dövlət başçılarına hesabat hazırlamaq üçün Ermənistanda səfərdə olacaq. 

 

Səfər 20-25 sentyabr tarixlərində baş tutacaq.

 

Xatırladaq ki, KTMT missiyasının qabaqcıl qrupu sentyabrın 15 -də Ermənistana gəlib. Qrup Ermənistan sərhədinin müxtəlif hissələrinə baş çəkib, onlara əməliyyat şəraiti təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı