Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycanda səfərdə olan Özbəkistan Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər.
Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.