Modern.az

Berlində Ermənistan səfirliyi önündə piket keçirildi - FOTO

Berlində Ermənistan səfirliyi önündə piket keçirildi - FOTO

Aktual

20 Sentyabr 2022, 20:11

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Berlindəki səfirliyi qarşısında piket keçirib.

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, piket iştirakçıları ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıblar.

 

Piketdə Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandırılıb. “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!”, “Ermənistan, terroru dayandır!” və sairə şüarlar səsləndirən soydaşlarımız təxribatlara etirazlarını ifadə ediblər.

 

Soydaşlarımız Almaniya siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı