Modern.az

Metroda yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Metroda yaranan problem aradan qaldırıldı - YENİLƏNİB

Aktual

20 Sentyabr 2022, 22:10

Bakı metrosunda qatarların hərəkəti intervalların nizamlanmış qaydası ilə təmin edilir.

 

Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, xətlər üzrə hər hansısa problem qalmayıb. Baş vermiş hadisə, səbəblər və bundan irəli gələn digər məsələlərin hər biri geniş, detallı və dərindən araşdırılacaq.

 

***

20:40

 

Bakı metrosunda Yaşıl və Qırmızı xətlərdə qatarların hərəkətində gecikmələr olub.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Bildirilib ki, buna səbəb texniki nasazlıqla əlaqədar yoldəyişdirici qurğuların əllə idarə edilməsi olub. Nəticədə intervaldan əlavə 12 dəqiqə fərq yaranıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı