Modern.az

Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verdi

Hikmət Hacıyev Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verdi

Aktual

20 Sentyabr 2022, 22:26

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tanınmış ekspert Arye Qutun vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, H.Hacıyev bununla bağlı tviter səhifəsində yazıb

 

“Əziz dost Arye Rəşid Qut, Allah sənə rəhmət eləsin! Ailə üzvlərinə Allah səbr versin! Azərbaycanın haqq mübarizəsində usanmadan çalışdın. Təsəllimiz odur ki, Şuşanı və azad Qarabağı görmək bu yay sənə qismət oldu”, - paylaşımda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...