Modern.az

Rusiya 23 yaşlı azərbaycanlı əsiri azad edib

Rusiya 23 yaşlı azərbaycanlı əsiri azad edib

Aktual

22 Sentyabr 2022, 09:47

Xəbər verildiyi kimi, sentyabrın 21-də Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib. Türkiyədə gerçəkləşən əsir mübadiləsi zamanı 215 ukraynalı döyüşçü 50 Rusiya vətəndaşına və Ukrayna pasportu olan oliqarx-siyasətçi Viktor Medvedçuka dəyişdirilib.

Modern.az xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Ukrayna tərəfinə qaytarılanlar döyüşçülər arasında bir azərbaycanlı da var.
 

Bu, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Rüstəm Arif oğlu Babayevdir. Onun 23 yaşı var.
 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı