Modern.az

Müalicə üçün Türkiyəyə göndərilən qazilərin sayı açıqlandı

Müalicə üçün Türkiyəyə göndərilən qazilərin sayı açıqlandı

Aktual

22 Sentyabr 2022, 10:26

“İki ölkə arasında inkişaf edən əlaqələr səhiyyə sahəsinə də təsir edir. Bu gün dünya xəritəsinə baxsaq Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda deyib.

 

Nazirin sözlərinə görə, istər pandemiya dövründə, istər müharibə dövründə və müharibədən sonrakı müddətdə Türkiyə daim Azərbaycanın yanında olub, haqq işinə dəstək verib: "Vətən müharibəsində yaralanan şəxslərin müalicəsi məhz qardaş ölkənin tibb işçilərinə həvalə edilib. Bu günə qədər 200-ə yaxın vətəndaş müalicə üçün Türkiyəyə göndərilib və əksəriyyəti Vətənə qayıdıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı