Son sutkada Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin daha 400 hərbçisini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 55 510-a çatıb.
Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2236 tank, 4776 zirehli döyüş maşını, 1341 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 169 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 218 helikopter, 941 PUA, 240 qanadlı raket, 15 gəmi, 3630 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.