Modern.az

700-dən çox türk tələbə ATU-da oxuyur

700-dən çox türk tələbə ATU-da oxuyur

Aktual

22 Sentyabr 2022, 10:38

İlk dəfə təşkil edilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi hər iki dövlətin əməkdaşlığa ən yüksək səviyyədə verdiyi dəstəyin növbəti təzahürüdür.

 

Modern.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimində deyib.

 

Nazir qeyd edib ki, hazırda 700-dən çox türk tələbə Azərbaycan Tibb Universitetində təhsil alır.

 

"Türkiyəli həmkarlarımızla əməkdaşlıq COVID-19 pandemiyası dövründə daha intensiv hal aldı. Bununla yanaşı TURKOVAC vaksininin 3-cü faza sınaqları Azərbaycanda keçirilir. Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır. Türkiyə ilə əməkdaşlıq yalnız ikili formatda deyil, beynəlxalq müstəvidə də davam edir”,- deyə T.Musayev bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı