Finlandiya Rusiya vətəndaşlarının öz ərazisinə giriş hüququ ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto Nyu-Yorkda iştirak etdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası vətəndaşı olan turistlərin heç nə olmamış kimi istirahətə getməsinin mənəvi-etik əsası yoxdur.
"Finlandiya Şengen vizası olan Rusiya vətəndaşları üçün tranzit ölkə olmaq fikrində deyil", - deyə nazir Xaavisto vurğulayıb.