Modern.az

Teymur Musayev “TURKOVAC”la bağlı açıqlama verdi

Teymur Musayev “TURKOVAC”la bağlı açıqlama verdi

Aktual

22 Sentyabr 2022, 11:48

"Azərbaycanda "TURKOVAC" vaksinin 3-cü faza klinik sınaqları uğurla davam edir. Artıq ilkin məlumatlar toplanılıb. Türkiyə tərəfinə daha dəqiq və dərin təhlil üçün təhvil verilib".

 

Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

 

"İnanırıq ki, qısa müddətdə Azərbaycanda keçirilmiş sınaqlar "TURKOVAC"dan sonra silsilə gələn vaksinlər üçün öz töhfəsini verəcək", - nazir bildirib.

 

Qeyd edək ki, "TURKOVAC" sınaqları Bakı Sağlamlıq Mərkəzində keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı